Vergi öhdəlikləri və digər ödənişlərin hesablanması və ödənilməsi üzrə məsləhətlərin verilməsi.
Vergi risklərinin minimallaşdırılması məqsədi ilə proqnozlaşdırılan və aktual fəaliyyətlərin təhlili.
Təqdim edilən məlumatlar əsasında proqnozların verilməsi.
Tövsiyyələrin hazırlanması məqsədi ilə iş əməliyyatlarının, maliyyə sxemlərinin və sazişlərin təhlili (vergitutmanın optimallaşdırılması üçün tövsiyələr daxil olmaqla).
Bağlanmış aktlar üzrə vergilərə və digər icbari ödənişlərə dair məsləhətlərin verilməsi.
Aktların qanuniləşdirilməsi və ödəmə üzrə əməliyyatların izlənməsi.
Vergi risklərinin və digər ödənişlərin minimallaşdırılması baxımından müqavilələrin analizi.
Əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və eləcə də, mühasibat və maliyyə hesabatlarının doğruluğunun yoxlanılması.
Səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti tədbirləri və kameral vergi yoxlamalarının nəticələrinin araşdırılması və qanunamüvafiq həlli ilə bağlı xidmətlər.
Vergi və digər dövlət orqanlarında Sifarişçinin maraq və hüquqlarının müdafiəsi.